Sahibkarların gəlir vergisi necə hesablanır?

post-img

Dövlət Vergi Xidmətindən bu sualın cavabında bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqvim ili ərzində ümumi gəlirdən onun əldə edilmə­si ilə əlaqədar çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə vergi ödəməlidirlər.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qeyri-sahibkar­lıq fəaliyyəti ilə məşğul olanlar isə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablamalıdır­lar. Muzdlu işçi kimi cəlb edilməyən fiziki şəxslərə ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən 14 faiz dərəcə ilə vergi tutulmalıdır.

Həmçinin Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq sub­yekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəliri­nin 75 faizi gəlir vergisindən azaddır.

XQ

İqtisadiyyat