Transxəzər marşrutunda daşımalar 2 dəfə artıb

post-img

Cari ilin yanvar-iyul aylarında Qazaxıstan üzərindən Transxəzər marşrutu (Orta Dəhliz) ilə yük daşımalarının həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə təqribən 1,9 dəfə artaraq 1,6 milyon tona çatıb.

“Qazaxıstan temir jolı” milli nəqliy­yat-logistika holdinqinin mətbuat xid­mətinin məlumatında bildirilir kibu ilin yanvar-iyul aylarında Qazaxıstanın ixracı 2,5 dəfə artaraq 1,2 milyon tona çatıb.

Transxəzər marşrutu Çin, Qa­zaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha son­ra Türkiyə və Avropa ölkələrindən ke­çir. Bu il ərzində Transxəzər marşru­tu üzrə yük daşımalarının həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,6 faiz artaraq 2 milyon tona çata bilər. 2025-ci ilə qədər isə marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatması gözlənilir.

XQ

İqtisadiyyat