Xarici avtomobillərə yol vergisi necə hesablanacaq?

post-img

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsə­dov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qey­ri-neft gəlirlərinin və dövlət büdcəsi­nin neft gəlirlərinin proqnozlaşdırıl­ması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında avtonəqliyyat va­sitələrinin növü, mühərrikin həcmi, oxlarının sayı, yüklə birlikdə ümumi çəkisi, oturacaq yerlərinin sayı və Azərbaycanda qaldığı müddət nəzərə alınacaq. Həmçinin bu zaman respublika ərazisində qət edilən məsafə də diqqətdə saxlanı­lacaq.

XQ

İqtisadiyyat