Naxçıvanda vergi daxilolmaları 41 faiz artıb

post-img

Bu ilin ötən 8 ayında Naxçıvan Muxtar Respublikasında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 106 milyon manatdan artıq vergi daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz və ya 31 milyon manat çoxdur.

Bu dövrdə muxtar respublikada 4 min yeni vergi ödəyicisi qeydiyyata alı­nıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb.

XQ

İqtisadiyyat