Bankomatların sayı 3 mini ötüb

post-img

Son zamanlar ölkəmizdə bank­lar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik ar­tım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə ölkədəki bankomatların sayı 2,6 faiz, POS-terminalların sayı 17,1 faiz artıb.

Mərkəzi Bankdan XQ-yə verilən məlumata görə, iyulun 31-nə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı isə 3015 olub. Hesabat ayında bank sekto­runda çalışanların sayı 0,3 faiz və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil edib. Ümumilikdə, son 1 ildə bank sektorun­da çalışanların sayı 7,3 faiz və ya 1590 nəfər artıb.

XQ

İqtisadiyyat