Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin 7 ayı ərzində ölkənin neft-qaz sektoruna 3 milyard 237 milyon manat həcmində vəsait yönəldilib ki, bu da illik 18,8 faiz çoxdur. Ötən ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 724 milyon manat olub.
Xatırladaq ki, keçən il Azərbaycanın neft-qaz sektoruna 5 milyard 400 milyon manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3 faiz azdır.
“Xalq qəzeti”

