7 ay ərzində respublikamızın magistral təbii qaz kəmərləri ilə 23 milyard 978,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4,6 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə qaz nəqlinin 53,1 faizi Bakı–Tbilisi–Ərzurum (Cənubi Qafqaz Boru Kəməri–CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 737,9 milyon kubmetr təbii qaz ixrac edilib.
“Xalq qəzeti”

