Xarici maliyyə mərkəzlərinin də qənaəti belədir
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin (Internationale Nederlanden Groep) qlobal iqtisadi proqnozunda Azərbaycan manatının 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsi üzrə proqnozunu 1.70 AZN müəyyənləşdirib.
ING Azərbaycanın 2025-ci ilə kimi iqtisadi artım proqnozunu da açıqlayıb. Belə ki, korporasiya cari ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artımını 0,6 faiz, üçüncü rüb üzrə 3,2 faiz, dördüncü rüb üzrə isə 3,4 faiz müəyyənləşdirib.
Ümumilikdə isə ING 2023-cü il üzrə yekun iqtisadi artımı 1,9 faiz proqnozlaşdırıb. ING, eyni zamanda, 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 2,5 faizə, 2025-ci ildə isə 2,7 faizə yüksələcəyini bildirib.
“Xalq qəzeti”