Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiqlənən proqnoz göstəricisinə nəzərən 10,1 faiz çoxdur.
Məlumatda bildirilir ki, dövlət büdcəsinin gəlirlərinin 52,3 faizi və ya 17 milyard 739,7 milyon manatı neft-qaz sektorunun, 47,7 faizi və ya 16 milyard 150,8 milyon manatı qeyri–neft–qaz sektorunun payına düşür.
Bu ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft–qaz sektoru üzrə gəlirlərin 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, qeyri-neft–qaz sektoru üzrə isə 1 milyard 673,8 milyon manat və ya 11,6 faiz artması gözlənilir.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri–neft–qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 faiz bəndi artaraq 47,7 faiz təşkil edəcək.
Məlumata görə, dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36 milyard 624,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9,8 faiz çoxdur.
“Xalq qəzeti”