Buğda idxalı 23 faiz çoxalıb

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 6 ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu strateji xammalın dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.

2022-ci ilin müvafiq dövrü ilə müqa­yisədə məhsulun həcmi 92 min 462 (23 faiz) ton, dəyəri isə 2 milyon 462 manat (1,8 faiz) çoxdur. Xatırladaq ki, bu, Azər­baycanın ümumi buğda idxalının 1,78 fai­zini təşkil edib.

Bölgələrdə isə taxıl biçini davam edir. Artıq 658 min 339 hektar sahədə biçin başa çatıb, zəmilərdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentnerdir.

Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Orta məhsuldarlıq 30,6 sentnerdir. Buğda zə­milərinin isə 50 faizində biçin aparılıb, 333 min 88 hektar biçilmiş sahədən 1 mil­yon 169 min 774 ton buğda yığıılıb. Orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

“Xalq qəzeti”

İqtisadiyyat