Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, yanvar–iyun aylarında ölkəmizin Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. Ötən ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac olunub.
Hesabat dövründə Qazaxıstandan respublikamıza idxal edilən məhsulun dəyəri illik müqayisədə 48 faiz azalaraq 157 milyon 970 min dollara bərabər olub. Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0,83 faiz təşkil edib.
“Xalq qəzeti”

