Güzəştli kreditlərin 75,5 faizi regionların payına düşür

post-img

Cari ilin ötən ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərə­findən verilən 33,3 milyon manat güzəştli kreditin 24,5 faizi və ya 12,7 milyon manatı Bakı şəhəri və Abşeron, 75,5 faizi və ya 39,2 mil­yon manatı isə digər iqtisadi ra­yonların payına düşüb.

Qeyd edək ki, hesabat dövründə 971 layihənin maliyyələşdirilməsinə ayrılan 51,9 milyon manat güzəştli kredit hesabına 765 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Xalq qəzeti”

İqtisadiyyat