I yarımildə 400 milyon manatdan çox borc qaytarılıb

post-img

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 9 milyard 718,8 milyon manatı və yaxud 69,1 faizi cari xərclər, 3 milyard 913,7 milyon manatı və yaxud 27,8 faizi əsaslı xərclər, 430,8 milyon manatı və yaxud 3,1 faizi isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Maliyyə Nazirliyinin məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 faiz çox, 13,9 faiz çox və 45,3 faiz azdır.

Yanvar-iyun aylarında dövlət bor­cuna xidmətlə bağlı xərclərin 352,7 milyon manatı xarici, 78,1 milyon ma­natı isə daxili dövlət borcuna xidmət xərcləri olub.

“Xalq qəzeti”

İqtisadiyyat