Naxçıvan MR-də vergi daxilolmaları 36 faiz artıb

post-img

Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, cari ilin 6 ayında muxtar respubli­kanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz və ya 20 milyon manat çoxdur.

Təkcə bu ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8 faiz və ya 2,2 milyon manat artım qeydə alınıb.

“Xalq qəzeti”

İqtisadiyyat