I yarımildə investisiyalar 10 faizdən çox olub

post-img

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 148,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Ko­mitəsindən verilən məlu­mata görə, 6 ayda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən və­saitin həcmi isə 4,2 faiz artıb. İstifadə olunmuş vəsaitin 4 milyard 322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 426,6 milyon manatı (33,9 faizi) xidmət sahələ­rinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 48,7 milyon manatı və ya 70,6 faizi bilavasitə ti­kinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Komitənin məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz və­saitləri 48,6 faiz, büdcə vəsaitləri 33,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 7 faiz təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat