Qazaxıstan Transxəzər marşrutu üçün 2 tanker alıb

post-img

“KazMunayQaz Milli Şirkət” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda Rumıniyanın Qalas şəhərində neftin Xəzər dənizi ilə nəqlini təmin edəcək 2 neftdaşıyan tankerin – “Taraz” və “Liwa”nın Qazaxıstana təhvil verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Həmin tankerlərin Qazaxıstanın ildə 750 min ton neftinin nəqli üzrə öhdəlikləri tam ödəyəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, 2022-ci ildə “KazMu­nayQaz Milli Şirkət” və SOCAR arasın­da Aktau–Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton həcmində və daha sonra ildə 5 milyon tona çatdı­rılmaqla neft tranziti haqqında beşillik müqavilə imzalanıb.

Qazaxıstan neftinin Azərbaycan ərazisindən tədarükünün logistik sxemi neftin Xəzər dənizi vasitəsilə tankerlərlə daşınmasını, bu ölkənin Aktau limanında yüklənməsini, dənizin dayaz sulu olması ilə əlaqədar dedveyt tonu 12 milyon 368 min ton olan “Caspian max” kiçik ölçülü neft tankerləri ilə daşınmasını nəzərdə tutur. Neftin qəbulu–Bakı şəhəri ərazisin­dəki Səngəçal terminalında Bakı– Tbi­lisi– Ceyhan (BTC) magistral neft boru kəməri ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanında ixrac üçün neftin da­şınması üzrə olacaq.

Transxəzər marşrutu üzrə sınaq nəq­letmə 8 illik fasilədən sonra 2023-cü il martın 20-də həyata keçirilib. “KazMu­nayQaz Milli Şirkət” və SOCAR arasında bağlanmış müqaviləyə əsasən, nəzərdə tutulan tranzit neftin ən azı 50 faizi do­nanmanın genişləndirilməsi istiqamətin­də iş aparan “Taraz” və “Liwa” tankerləri ilə reallaşdırılacaq.

“Xalq qəzeti”

İqtisadiyyat