Tezliklə “Qızılca” yatağının istismarına başlanacaq

post-img

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) aldığımız məlumata əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerin təkindən istifadə ilə bağlı keçirdiyi hərracda QSC qalib gələrək Göygöl rayonunda yerləşən “Qızılca” plagioporfir (tikinti daşı) yatağından istismar hüququ qazanıb.

Qeyd edək ki, 12 hektarda faydalı qazıntı yatağının is­tismar müddəti 25 il nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları”nın faydalı qazıntı yatağın­dan yenidən istifadə hüququ qazanması yeni və bərpaolu­nan dəmir yolu xətlərinin tikintisi zamanı ballast materialları ilə təminatda müstəsna əhəmiyyət kəsb edəcək.

“Xalq qəzeti”

İqtisadiyyat