Keşlə stansiyasının 4-cü və 5-ci yan yollarında əsaslı təmir işləri başa çatdırılıb. Bu ilin sonunadək isə Bakı və Abşeron şəhərətrafı xətlərində 48 kilometr yol əsaslı təmir ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bu yollarla hər ay 550 min ton neft və yanacaq məhsulları daşınır. Hazırda Suraxanı-Yeni Suraxanı, Yeni Suraxanı-Hövsan və Əhmədli yeni neft emalı zavodu dəmir yolu xətlərində təmir işləri davam etdirilir.
“Xalq qəzeti”