Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 736 milyon 871 min ABŞ dolları dəyərində 1 milyon 132 min 706 ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 93,9 faiz və 4 dəfə çoxdur.
5 ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 66 milyon 51 min ABŞ dolları dəyərində 30 min 484 ton yük ixrac, 670 milyon 820 min ABŞ dolları dəyərində 1 milyon 102 min 221 ton yük isə idxal olunub.
Son 1 ildə ixrac olunan yükün dəyəri 3 dəfə, həcmi 23 faiz, idxal olunan yükün isə dəyəri 87,1 faiz, həcmi 4,2 dəfə artıb.
“Xalq qəzeti”