"Brent" neftinin qiyməti 105 dolları keçib

post-img

ICE birjasının məlumatlarına görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 105,33 dollar/barelə qədər bahalaşıb. The Wall Street Journal (WSJ) yazır ki, bazarlar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi ilə bağlı İranın son təklifinə dair bəyanatına bu cür reaksiya verib.

Mayın 10-da Amerika prezidenti İranın 14 bənddən ibarət sülh planını qəbulolunmaz adlandırıb. İran rəsmiləri isə cavab olaraq bildiriblər ki, tənzimləmə ilə bağlı son təklifin alternativi yoxdur. WSJ qeyd edir ki, Yaxın Şərqdəki münaqişə investorların Hörmüz boğazının blokadasının uzanacağı ilə bağlı narahatlıqlarını artırır.

Dünya Bankının proqnozlarına görə, əgər ilin sonuna qədər Hörmüz boğazı vasitəsilə yanacaq tranziti müharibədən əvvəlki səviyyəyə qayıtmasa, 2026-cı ildə "Brent" neftinin orta qiyməti 115 dollara çata bilər.

XQ

İqtisadiyyat