TRACECA dəhlizində pilot daşınma

post-img

Litva–Polşa–Slovakiya–Macarıstan–Rumıniya–Bolqarıstan–Qara dəniz–Gürcüstan–Azərbaycan–Xəzər dənizi–Qazaxıstan multimodal marşrutu üzrə yüklərin yarımqoşqu ilə pilot daşınması həyata keçirilib. Daşınma 16 gün ərzində tamamlanıb.

TRACECA Hökumətlərarası Komis­siyasının Daimi Katibliyinin yaydığı mə­lumata əsasən, bu daşıma Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan və Litvanın nəqliyyat nazirliklərinin dəstəyi, habelə gömrük orqanlarının və Varna, Batumi, Bakı və Kurık dəniz limanlarının iştirakı ilə mümkün olub.

Yarımqoşqu ilə yüklərin daşınması ideyası yaxın vaxtlarda bütün TRACECA ölkələrinə təklif ediləcək.

“Xalq qəzeti”

İqtisadiyyat