Xəzər neft və qaz sərgisi beynəlxalq əməkdaşlıq platformasıdır

post-img

Bu günlərdə dünyanın enerji mərkəzlərinin diqqəti yenidən Azərbaycan paytaxtına yönəlib. Dünən Bakıda öz işinə başlayan Beynəlxalq enerji həftəsinin ilk günündə 28-ci beynəlxalq Xəzər neft və qaz sərgisinin təntənəli açılış mərasimi keçirilib. Xatırladaq ki, Azərbaycan paytaxtında 28-ci dəfə keçirilən builki sərgidə 37 ölkədən gəlmiş 326 şirkət iştirak edir. Onların bir çoxu ənənəvi neft-qaz sərgisinin daimi iştirakçıları olsalar da, bu mötəbər tədbirə ilk dəfə qoşulanlar da az deyil.

Xəzər regionunun ən nü­fuzlu enerji tədbirinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də bir çox dün­ya ölkələrinin dövlət xadimlə­rinin, şirkət nümayəndələrinin, yüksək səviyyəli qonaqların və beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini qat-qat artırırdı. Məlum olduğu kimi, Azərbaycan paytaxtı artıq uzun müddətdir ki, nüfuzlu təd­birlərin təşkil edildiyi və mühüm qərarların, əməkdaşlıqların mü­zakirə edildiyi məkana çevrilib. Bundan əlavə, ölkəmizin enerji sahəsində həyata keçirdiyi uğur­lu siyasət nəticəsində respubli­kamız artıq enerji sektorunda öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yal­nız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmi­natında mühüm rol oynayır.

Azərbaycanın həm region­da, həm də Avropada enerji təh­lükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən Beynəlxalq enerji həftəsinin təş­kilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaş­ları–“İCA Events” və “CEM FZ LLC” şirkətləridir. Tədbirin baş sponsoru SOCAR, sponsor­ları isə AbuDhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Ser­vices, Equinor, EP Absheron, Intertek, Global Energy Azerba­ijan, GL, Inpex, KOLIN Const­ruction, MASDAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləridir. Sponsorların geniş tərkibi isə, heç şübhəsiz, Bakı Beynəlxalq enerji həftəsinin nüfuzunu və yüksək statusunu təsdiqləyir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın ayrı-ayrı şirkət və müəssisələ­rinin öz nailiyyət və perspektiv­lərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Bundan əlavə, ölkəmizdə həya­ta keçirilən iri neft-qaz layihələri­nin opreatoru BP şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın To­tal, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklə­rinin “Masdar” , Özbəkistanın “Uzbeknefteqaz” və dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarca firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyət­lərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazanmışdı­lar. Yeri gəlmişkən, iştirakçıların istər bu müəssisələrin, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətlərinin im­kanları, nailiyyət və perspektiv­ləri ilə yaxından maraqlanmaları bir daha sübut edirdi ki, ənənəvi Xəzər neft və qaz sərgisi bey­nəlxalq əməkdaşlıq meydanı kimi mühüm statusunu qoruyub saxlaya bilib. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndi­yimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yarat­dığı imkanlardan səmərəli istifa­də etmək məqsədində olduqları­nı vurğulayırdılar. 

İbrahim İbrahimov, “Atilla” transport xidmətləri şirkətinin kommersiya üzrə direktoru: 

– Şirkətimiz ötən əsrin 90-cı illərinin sonlarında təsis edi­lib. 2000-ci illərin ortalarından etibarən neft-qaz sektorun­da fəaliyyət göstərən 40-dan çox şirkətə nəqliyyat xidmət­ləri göstərməyə başlamışıq. Müştərilərimizə göstərdiyimiz nümunəvi xidmətlərə görə, Azərbaycanda təsis olunmuş şirkətlərarası milli mükafat–“İlin şirkəti” adına layiq görülmüşük. 2015-ci ildə isə Azərbaycanda həyata keçirilən iri neft-qaz la­yihələrinin operatoru olan BP şirkətinin elan etdiyi müsabiqə­nin qalibi olmuşuq. 

Şirkətimiz hazırda sərnişin­daşıma xidməti ilə yanaşı, av­tomobil parklarının yenilənməsi, eləcə də sürücülərə təlim keçi­rilməsi sahələrində də fəaliyyət göstərir.

Xəzər neft-qaz sərgisinə gəl­dikdə isə, 2016-cı ildən etibarən bu mötəbər tədbirdə iştirak edi­rik. Təşkilatçılıq, hər il olduğu kimi, bu dəfə də yüksək səviyyə­dədir. Burada öz nailiyyətlərimizi nümayiş etdirməklə yanaşı, yeni şirkətlərlə də əməkdaşlıq imkanı qazanacağımıza ümid edirəm...

Vladimir Şlimak, “Caspian Drillinq Companу Ltd” şirkəti­nin baş direktorunun layihələr və mühəndislik işləri üzrə bi­rinci müavini: –Qazma sahəsi­nin qabaqcıl şirkətlərindən olan “Caspian Drillinq Companу Ltd” 26 illik fəaliyyətə malikdir. Şirkə­timiz Xəzər dənizinin qazma sənayesində xüsusi uğurları ilə tanınır. Hazırda şirkətin əsas heyəti neft və qaz sənayesində 30-35 illik beynəlxalq təcrübəyə malik qazma, geologiya, mü­həndislik, dənizçilik, elektrik və mexanika sahələri üzrə peşəkar işçilərdən ibarətdir. Ümumilikdə, şirkətimizdə 650-dən çox əmək­daş çalışır. 

Ötən müddətdə Xəzər dənizi regionunda qazma əməliyyatla­rının yerinə yetrilməsi məqsə­dilə Dədə Qorqud, İstiqlal, və Heydər Əliyev qazma qurğuları şirkətimizin sərəncamına veri­lib. Şirkətimizin kəşfiyyat qazma əməliyyatları nəticəsində “Azə­ri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilib.

“Caspian Drillinq Companу Ltd” şirkəti öz fəaliyyətini tək­cə Xəzər dənizi ilə məhdud­laşdırmaq niyyətində deyil. Yaxın illərdə beynəlxalq neft və qaz layihələrində iştirak et­məklə özümüzü dünya miqya­sında tanıtdırmağa çalışırıq. Ötən müddətdə Türkiyə və İs­raildə müəyyən kəşfiyyat qaz­ması aparmışıq. Düşünürəm ki, “Xəzər neft-qaz” sərgisi bu baxımdan bizim üçün əla fürsət­dir. Biz burada öz nailiyyətləri­mizi nümayiş etdirməklə yana­şı, sərgi iştirakçıları olan digər şirkətlərin də uğurları ilə tanış oluruq. Bu baxımdan deməliyəm ki, bu tədbir beynəlxalq əmək­daşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Çünki burada iştirak edən bütün şirkətlər bir-birini daha yaxından tanımaq imkanı qazanırlar. Bir sözlə, burada hər şey möhtəşəmdir...

Murad Sadıxov, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan üzrə meneceri: – “Masdar” şirkəti 2006-cı ildə Əbu-Dabi hökuməti tərəfindən təsis olunub. Hazırda şirkətin üç təsisçisi var. Əsas fəaliyyət istiqamətimiz bərpa­olunan enerji layihələrinin in­kişaf etdirilməsindən ibarətdir. Şirkətimiz bərpaolunan enerji sahəsində həm Yaxın Şərq, həm də dünya üzrə liderdir. Ha­zırda 40-dan çox ölkədə fəaliy­yət göstəririk. İstifadə etdiyimiz texnologiyalar günəş, külək və bionerji sahəsi ilə bağlıdır. Ha­zırda 20 min meqavatdan artıq istehsal gücünə nəzarət edirik.

“Masdar” şirkəti Azərbaycana ilk dəfə 2018-ci ildə ayaq basıb. Həmin il Azərbaycan hökumə­ti tərəfindən keçirilən tenderə dəvət alaraq iştirak etmişdik. 2021-ci ildə biz 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stan­siyası layihəsinə imza atdıq. 2022-ci il martın 15-də Azər­baycan Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmir­liklərinin energetika naziri Suhail Mohamed Al Mazroueinin iştirakı ilə stansiyanın təməlqoyma mə­rasimi keçirildi. Ötən müddətdə işlərin sürtələ davam etdirilməsi nəticəsində tikinti qrafikini xeyli qabaqlamağa nail olmuşuq. Bu da bizə stansiyanı “Heydər Əli­yev İli” elan olunmuş 2023-cü ilin sonlarınadək istifadəyə verməyə imkan yaradır. Azərbaycanın bərpaolunan enerji potensialı yüksək olduğundan bizim gələ­cəkdə də burada bir sıra yeni layihələrdə iştirak etməklə bağlı planlarımız var. 

Xəzər neft-qaz sərgisində ikinci dəfədir, iştirak edirik. Bun­dan çox məmnunuq. Ötən il ilk iştirakımız bizə çox düşərli oldu. Belə ki, sərgidən dərhal sonra Azərbaycanın Energetika Nazir­liyi tərəfindən Şuşada keçirilmiş xüsusi enerji konfransı keçiril­mişdi. Həmin konfrans çərçivə­sində biz iki yeni böyük müqavilə imzaladıq. Həmin müqavilələr quruda 2 min meqavat günəş və külək enerjisi stansiyalarının tikintisi və dənizdə külək və ya­şıl hidrogen istehsalı ilə bağlıdır. Bununla da, Azərbaycanda 10 min meqavatlıq güc yaratmağa nail olacağıq. 

İştirak etdiyimiz budəfəki sərgi olduqca möhtəşəmdir. Qeyd etmək istəyirəm ki, sər­gidə iştirak etmək bizim üçün çox faydalıdır. Çünki biz bura­da yeni texnolgiyalar haqqında məlumat əldə edirik. Bu baxım­dan özümüzü çox şanslı hesab edirik. Bu gün də Prezident İlham Əliyev bizim pavilyona baş çəkərək işlərimizlə maraq­landı. Ümid edirəm ki, cənab Prezident işlərimizdən çox razı qaldı...

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”







İqtisadiyyat