TANAP 50 milyard kubmetr qaz nəql edəcək

post-img

TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyolun sözlərinə görə, yaxın aylarda Trans–Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql edilən qazın həcmi 50 milyard kubmetrə çatacaq.

Onun sözlərinə görə, istifadəyə veriləndən indiyədək kəmər vasitəsilə 46 milyard kubmetrdən artıq qaz nəql olu­nub.

Saltuk Düzyol onu da qeyd edib ki, TANAP ilə nəql edilən qazın 24,15 milyard kubmetri Avropa, qalan 21,93 milyard kubmetri isə Türkiyəyə nəql edilib.

Kəmərin genişləndirilməsi məsələsinə toxunan Saltuk Düzyol əlavə edib ki, hazırda bu sahədə işlər davam etdirilir.

“Xalq qəzeti”

İqtisadiyyat