Qeyri-neft sektoruna yönəldilən vəsait 13,6 faiz artıb

post-img

Keçən il əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.

Bütün bu göstəricilər Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilən 2022-ci ilin dövlət büdcə­sinin icrası ilə bağlı qanun layihəsinin təqdimatında səslən­dirilib. Bildirilib ki, ötən il xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub. Bunun 41,7 milyard dolları ixrac, 14,5 milyard dolları isə idxal əməliyyatlarının payına düşüb.

“Xalq qəzeti”

İqtisadiyyat