“Azərkosmos” 42 ölkəyə 6,2 milyon dollarlıq peyk xidməti göstərib

post-img

Cari ilin yanvar–aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 6,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin “İxrac icmalı”­nın may sayında bildirilir ki, “Azərkos­mos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2023-cü ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ix­rac edib.

Bu ilin yanvar–aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,4 milyon ABŞ dolları ilə Lüksemburq, 595,9 min ABŞ dolları ilə BƏƏ, 339,8 min ABŞ dolları ilə Almaniya və 291,3 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

“Xalq qəzeti”

İqtisadiyyat