Mart ayında inflyasiya azalıb

post-img

Mərkəzi Bankın məlumatına görə, mart ayında illik inflyasiya 13,6 faiz təşkil edib. Bu, ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz aşağıdır.

Məlumatda bildirilir ki, qlobal iq­tisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdi­rilməsinin və dünya əmtəə qiymət­lərində aşağı düşmə meyilinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib.

Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmaları­nın artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan is­tehlakı dəstəkləyir. Banklar və qey­ri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər sən­gisə də, yüksək olaraq qalır və cari ilin fevralında 15,7 faiz təşkil edib. İlin əvvəlindən bəri qiymətləri (tariflə­ri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlə­rinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilə­rinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə ehtimala əsasən, 2023-cü ildə illik inflyasiya­nın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır. 

“Xalq qəzeti”

İqtisadiyyat