KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında mühüm sənəd imzalanıb. Belə ki, memorandum  ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, birgə tədbirlərin təşkili məsələlərini nəzərdə tutur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar. 

Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.

Anar Əli,

"Xalq qəzeti"

İqtisadiyyat