Ölkədə vergi daxilolmaları artıb

post-img

Cari ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vəsait daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 faiz çoxdur.

Bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "Twitter" hesabında bildirib. Nazirin sözlərinə görə, rüblük vergi daxi­lolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sek­torunun hesabına formalaşıb. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4 faiz artıqdır. 

Nazir qeyd edib ki, fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir. 

“Xalq qəzeti”

İqtisadiyyat