Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birgə iclası keçiriləcək

post-img

Aprelin 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Bakıda səfərdə olan Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev verib. O bildirib ki, Qazaxıstan Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsində, qarşılıqlı sərmayə yatırılmasında, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında maraqlıdır.

Nazir müavini qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında müxtəlif nazirliklərin nümayəndələri iştirak edəcəklər. İclasda təqdim olunacaq proqramların və iqtisadi layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

İqtisadiyyat