AZAL Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir

post-img

AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveytin görməli məkanları, müasir Şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir. Aviabiletləri www.azal.az  saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

İqtisadiyyat