Rişi Sunak: Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir

post-img

Bu gün Azərbaycanın yaşıl enerji istehsalı təşəbbüsü, Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın 10-cu Qlobal Bakı Forumuna ünvanlandığı məktubunda yer alıb.

Baş nazir qeyd edib ki, Azərbaycanın yaşıl enerji istehsalı və ixracı Avropanın enerji təhlükəsizliyinə böyük dəstəkdir.

Baş nazir xatırladıb ki, Britaniya ekspertləri Azərbaycanın azad edilən ərazilərində minaların təmizlənməsinə kömək göstərirlər.

Rişi Sunak məktubunda, həmçinin vurğulayıb: “Biz azadlığı uğrunda mübarizə aparan ölkələrə kömək etməliyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

İqtisadiyyat