İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlayıb.
Adıçəkilən agentliyin məlumatında daha sonra “Alco” MMC-nin ilk dəfə Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya yağ ixrac etdiyi və həmin ölkələrə il ərzində 10 min tondan çox məhsul göndəriləcəyinin nəzərdə tutulduğu bildirilir.
Məlumatın sonunda “Alco”da 150 növdən çox sürtkü yağı istehsal olunduğu, bu məhsulların daxili bazarla yanaşı, 30-dan çox ölkəyə “Made in Azerbaijan” brendi ilə çıxarıldığı qeyd edilir.
“Xalq qəzeti”