Bir ildə 65 milyon ədəd şüşə qab

post-img

“Qaradağ Şüşə Zavodu” ASC-də istehsalın həcminin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da müəssisənin sutkalıq istehsal gücünün artırılmasına imkan yaradır. Hazırda sutkada 130 min ədəd şüşə qab istehsal edən zavodun illik buraxıcılıq qabiliyyəti 65 milyon ədədə çatıb. Bu barədə ASC-nin istehsalat sexinin direktoru Nəsrullah Ağasıyev məlumat verib. 

Ölkədə məşğulluğun təminatına mühüm töhfələr verən “Qaradağ Şüşə Zavodu” ASC-də ötən müd­dətdə 210 nəfər daimi işlə təmin olunub. 

Bu yaxınlarda “Qaradağ Şüşə Zavodu” ASC yerli şirkətlərlə 35 milyon şüşə qabın istehsalı üzrə müqavilələr imzalayıb. Həmin müqavilələrin 2023-cü ilin doqquz ayı ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Qaradağ şüşə zavodunun səhmlərinin 85 faizi investisiya müsabiqəsinə çıxarı­lacaq. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm­lak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyevin bildirdiyinə görə, bu məqsədlə özəlləşdirmə komissiya­sı yaradılıb. Komissiya investisiya müsabiqəsinin layihəsini hazırla­maqla yanaşı, onun məbləğini və şərtlərini müəyyənləşdirir. 

 

“Xalq qəzeti”

İqtisadiyyat