Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi: Azərbaycanla əməkdaşlığımızın inkişafından çox razıyıq

post-img

Bu gün Azərbaycan ekspertləri ilə görüşməkdən çox razıyıq. Azərbaycandan gəlmiş nümayəndə heyəti, xüsusilə də səfir ölkənizin nəqliyyat kommunikasiyalarına dair ətraflı məlumat verdilər. “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda Orta Dəhlizin əhəmiyyəti, bu marşrutda Azərbaycanın yeri və rolu, ölkənizin ambisiyalı layihələri haqqında ətraflı məlumat verildi.

Bunu AZƏRTAC-a müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) mənzil qərargahında Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda Beynəlxalq Nəqliyyat Forumunun (İTF) Baş katibi Yunq Ta Kim deyib.

O bildirib ki, Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda OCDE-nin üzv ölkələrinin nümayəndələrinə çox əhəmiyyətli məlumatlar verildi. “Konfransa azərbaycanlı ekspertlərin qatılmasından, xüsusilə də dünyanın bugünkü böhranlı vəziyyətində Azərbaycanla əməkdaşlığımızın inkişafından çox razıyıq”, - deyə Kim vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

İqtisadiyyat