BNA paytaxtın müxtəlif küçə və prospektlərində 5200 ədəd yol nişanı quraşdırıb

post-img

Piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz, eləcə də maneəsiz hərəkətini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, piyadaların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində BNA-nin strateji məqsədlərindəndir. Davamlı olaraq bu istiqamətdə tədbirlər icra edilir. Bu çərçivədə son bir ildə paytaxtın müxtəlif küçə və prospektlərində 5200 ədədə yaxın müxtəlif təyinatlı yol nişanı quraşdırılıb.

İqtisadiyyat