Heydər Əliyev və modern iqtisadiyyat

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfrans keçirib. Tədbirdə İqtisadiyyat Nazirliyi və nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının rəhbərləri iştirak ediblər. 

Konfransın açılış mərasimində ulu öndərin misilsiz fəaliyyətinə həsr edilən film nümayiş olunub.

Çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ümummilli lider Heydər Əliyevin azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi strategiyasının əhəmiyyətini vurğula­yıb. Qeyd edilib ki, ulu öndərin müəy­yən etdiyi strateji inkişaf konsepsiyası­nın həyata keçirilməsi Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun iqtisadi sistemin yaradılmasına və inki­şafın təmin olunmasına mühüm əsaslar yaradıb.

Rəqabətin iqtisadiyyatda önəminə diqqət çəkən Xidmət rəisi vurğulayıb ki, ötən əsrin 90-cı illərinin ikinci yarısın­dan etibarən “Haqsız rəqabət haqqın­da” və “Təbii inhisarlar haqqında” Azər­baycan Respublikasının qanunlarının qəbul edilməsi ilə antiinhisar qanunve­riciliyinin formalaşması təmin olunub. Vurğulanıb ki, əsasını ulu öndərin qoy­duğu müasir Azərbaycanın iqtisadi in­kişaf strategiyası dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar öz uğurlu nəticələrini verməkdədir. Milli iqtisadiyyatın davam­lı inkişafı məqsədilə ölkə rəhbərliyi tərə­findən “Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər” təsdiq olunub. Bu sənəddə əksini tapan 5 pri­oritetdən biri də məhz dayanıqlı rəqa­bətqabiliyyətli iqtisadiyyatın formalaşdı­rılmasıdır və onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir. 

Yeni Rəqabət Məcəlləsi layihəsinin hazırlanması ilə bağlı qeyd olunub ki, qəbul edilməsi gözlənilən məcəllə rəqa­bəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiy­yətinin artırılmasını təmin edəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasə­ti əsasında həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizdə siyasi və makroiqtisadi stabillik əldə edilib. Bu da iqtisadi islahatların reallaşdırılmasına güclü zəmin yaradıb. Bildirilib ki, azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyası, qey­ri-neft sektorunun və regionların inkişafı sürətlənib, özəl sektora dövlət dəstəyi gücləndirilib, ölkədə sahibkarlığın, xü­susilə də kiçik və orta sahibkarlığın in­kişafı, azad rəqabət mühiti təmin edilib və əhalinin sosial rifahı daha da yaxşı­laşıb.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanın­da İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Kiçik və Orta Bizne­sin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Əqli Mülkiy­yət Agentliyinin İdarə Heyəti sədrinin müavini Sənan Tapdıqov çıxış edərək, ümummilli lider Heydər Əliyevin iqtisa­diyyatın inkişafındakı misilsiz xidmətlə­rindən danışıblar.

Elmi konfrans “Yeni Azərbaycan iqti­sadiyyatında rəqabətlilik” mövzusunda panel sessiya ilə davam edib. 

Milli Məclisin deputatı Zahid Oruc və Azərbaycan Respublikası Ali Məh­kəməsi sədrinin müavini Çingiz Əsgəro­vun da qatıldığı müzakirə sessiyasında Dövlət Xidmətinin nümayəndələri “Qlo­ballaşan dünyada rəqabət iqtisadiyyatı və iqtisadi inkişaf” və “XXI əsrdə rəqa­bət iqtisadiyyatı: müasir tendensiyalar və problemlər” mövzularında təqdimat­larla çıxış ediblər.

 

“Xalq qəzeti”

İqtisadiyyat