Neftçalanın 27 kəndinə içməli su veriləcək

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun Pirəbbə, Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı, Boyat, Bala Sur­ra, Qaraqaşlı, Şorkənd, Cən­gan, Beştalı, Ərəbqardaşbəyli, Yenikənd, Qırmızı Şəfəq, Ma­yak-1, Mayak-2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Qızqayıtlı, Dalğalı, Sarıqamış, Sahiloba kəndləri və Bankə qəsəbəsini əhatə edən yeni su təchizatı layihəsi artıq ye­kunlaşmaq üzrədir. Xatırladaq ki, indiyədək həmin yaşayış məntəqələrinin içməli su təchi­zatı suvarma kanallarından və arxlardan götürülərək modul tipli qurğularda təmizlənən su hesabına aparılırdı. Yay ayla­rında Kür çayında su səviyyə­sinin azalması və keyfiyyətinin pisləşməsi səbəbindən həmin qurğuları xam su ilə təmin et­mək mümkün olmurdu. Buna görə də modul qurğuların su təchizatı sudaşıyan maşınlarla ödənilirdi ki, bu da yay ayların­da ciddi çətinliklər yaradırdı. 

Şirvan–Muğan qrup su kəmərindən Neftçala şəhə­rinə yeni magistral su kəmər­lərinin çəkilişi rayon mərkəzi ilə yanaşı, kəndlərin də içməli su təchizatı üçün əlverişli im­kan yaradıb. Artıq Aşağı Sur­ra, Ballıcalı, Boyat, Şorkənd, Pirəbbə, Qaraqaşlı, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Bala Surra kəndləri Neftçala şəhə­rinin şəbəkəsindən, eləcə də 2020-ci ildə istismara verilmiş magistral kəmərdən dayanıq­lı və keyfiyyətli içməli su ilə təmin olunur. Digər yaşayış məntəqələrinin su təchizatı isə hazırda tikintisi davam edən ikinci magistral kəmər, həm­çinin subartezian quyularının hesabına aparılacaq. Tikinti­sinə ötən ilin sonlarında başla­nılmış magistral kəmərin artıq 75 faizi çəkilib. Kəmərin inşası isə bu ilin iyun ayına qədər ye­kunlaşdırılacaq.

Layihəyə əsasən, 9 yaşa­yış məntəqəsinin su təchizatı­nın yaxşılaşdırılması üçün su­bartezian quyuları qazılacaq, quyu sularının keyfiyyətinin standartlar səviyyəsinə çatdı­rılması məqsədilə “əks-osmos” tipli sutəmizləyici qurğular qu­raşdırılacaq. Artıq 5 subarte­zian quyusunun qazıntısı və 6 ədəd “əks-osmos” tipli qur­ğunun inşası başa çatdırılıb. Kəndlərdə ümumi uzunluğu 90 km olan içməli su xətlərinin inşası isə yekunlaşmaq üz­rədir. Artıq Bankə qəsəbəsin­də inşası nəzərdə tutulan 39 kilometrlik mərkəzləşdirilmiş içməli su şəbəkəsinin tikintisi üzrə işlərin 90 faizindən çoxu yerinə yetirilib. 1700 ünvana ev birləşməsinin verilməsi isə davam etdirilir.

Bütövlükdə isə, Neftçala rayonunda icra olunan layihə çərçivəsində kəndlərin 30 min nəfərədək sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək.

 

“Xalq qəzeti”

İqtisadiyyat