Enerji istehsalında müsbət göstəricilər əldə edilib

post-img

Cari ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 277,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6 faiz çoxdur. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk ayında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 33,7 milyon manat təşkil edib. Bu sahədə əvvəlki ilin ilk ayına nisbətən 5,1 faizlik artım qeydə alınıb. 
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 930,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu göstərici 2021-ci illə müqayisədə 2,3 faiz çox olub. 
Ötən il su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 502,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 48,4 faiz artım deməkdir.


“Xalq qəzeti”

İqtisadiyyat