Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.
Həmin dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Dövlət Statistika Komitəsinin məlumatında cari ilin yanvar ayında əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlərin təşkil etdiyi bildirilir.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6 faiz, bank kreditləri 2,9 faiz, digər vəsaitlər isə 2,2 faiz təşkil edib.
“Xalq qəzeti”