Azərbaycan Energetika Nazirliyindən verilən məlumata əsasən, “Azərenerji” ASC bu ilin yanvar ayında elektrik enerjisinin istehsalını 190 milyon kVt/s, yaxud 8,14 faiz artıraraq 2 milyard 523,5 milyon kVt/s-a çatdırıb.
Bildirilir ki, elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 203,8 milyon kVt/s və ya 9,3 faiz artaraq 2 milyard 460 milyon kVt/s-a çatıb, su elektrik stansiyalarında isə 13,8 milyon kVt/s yaxud 17,85 faiz azalaraq 63,5 milyon kVt/s-a düşüb.
“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 0,08 milyon kVt/s, yaxud 2,9 faiz artaraq 4 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 13,4 milyon kVt/s, yaxud 7,5 faiz artaraq 203,5 milyon kVt/s təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 faiz artaraq 2 milyard 755,9 milyon kVt/s olub.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 milyon kilovat-saat, ixracı isə 512,6 milyon kilovat-saat təşkil edib.
“Xalq qəzeti”