Türk dövlətlərində iqtisadi əməkdaşlığa dair təqdimat

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin meneceri (İİTKM) Ayhan Satıcı Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən türk dövlətlərinin iqtisadi əməkdaşlığı və iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin seminarında çıxış edib.

İİTKM-dən aldığımız məlumata əsasən, seminar adıçəkilən şəbəkənin yaradılması imkanlarının müzakirəsinə həsr olunub.

A.Satıcı seminarın ilk günündə “Azərbaycan Respublikası­nın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Türk Dövlətləri Təşkilatının inteqrasiyası üçün iqtisadi zəmin: Əməkdaşlıq və regional dəyər zəncirinin rolu” mövzularında təqdimatla çıxış edib.

Xatırladaq ki, iki günlük seminar Türkdilli ölkələrin rəsmi iq­tisadi siyasət araşdırma mərkəzləri arasında şəbəkə yaratmaq­la əməkdaşlığı gücləndirmək, birgə tədqiqatların aparılmasını təşviq etmək və “Türk Dünyasına Baxış–2040” məqsədlərinə uy­ğun şəkildə türk ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsi olub. 

Seminarda türk ölkələrinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzlərinin, Türk Akademiyasının, Türk Dövlətləri Təşkilatı Katibliyinin və türk ölkələrinin Qazaxıstanın paytaxtı Astana­dakı səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycandan nümayəndə heyəti iştirak edib.

 

“Xalq qəzeti”

İqtisadiyyat