İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

post-img

Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir.

Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramının açılış mərasimində deyib.

"Süni intellekt sahəsində kibertəhlükəsizlik həllərinin də güclənməsi təkcə Milli təhlükəsizlik üçün deyil, eləcə də iqtisadiyyatımızın dayanıqlığı üçün mühüm rol oynayacaq. Bu təlim çərçivəsində əməkdaşlıq kibertəhdidlərə qarşı hazırlığımıza və yeni kiber məhsulların yaranmasına töhfə verəcək", - deyə İlqar Musayev əlavə edib.

İKT