ABŞ məhkəməsi "Google"u inhisarçı kimi tanıyıb

post-img

ABŞ federal məhkəməsi "Google"un rəqiblərini sıxışdırmaqla bazar gücündən sui-istifadə etdiyini müəyyən edib. Şirkət "Google"u standart axtarış motoruna çevirmək üçün veb-brauzer operatorlarına və telefon istehsalçılarına milyardlarla dollar ödəyib.

Hakim Amit Mehta bununla bağlı "The Washington Post"a (WP) dedi: ""Google" inhisarçıdır və öz inhisarını saxlamaq üçün buna uyğun hərəkət edir".

Hakim ABŞ Ədliyyə Nazirliyinin "Alphabet"in "Google" bölməsinin ümumi axtarış xidmətləri və mətn reklamı sahəsində antiinhisar qanunlarını pozması ilə bağlı mövqeyi ilə razılaşıb. Şirkət özü məhkəmə prosesləri zamanı iddia edib ki, axtarış sistemi Amazon, TikTok və Reddit-in rəqabəti ilə üzləşir.

WP qeyd edir ki, "Google"un inhisarçı kimi tanınması ABŞ Ədliyyə Nazirliyinin texnologiya şirkətləri üzərində son 20 ildə ən böyük qələbəsi olub. 

S.ELAY

XQ

İKT