“Samsung” qulaqlıqlarına süni intellektlə işləyən canlı nitq tərcüməsi əlavə ediləcək

post-img

“Samsung” qulaqlıqları üçün “Live Translate” adlı nitqi birbaşa sinxron tərcümə edə bilən süni intellekt quraşdırılacaq. 

“Gazeta.ru” xəbər verir ki, canlı tərcümə funksiyası real vaxt rejimində işləyərək, səs və mətn tərcüməni təmin edəcək. Üstəlik, tərcümə internet bağlantısı tələb etməyəcək. 

Funksiya “Galaxy S24” telefonlarında “Galaxy Buds 2 Pro”, “Galaxy Buds 2” və “Galaxy Buds FE” qulaqlıqları üçün işləyəcək. Funksiyanı istifadə etmək üçün telefona “Galaxy Buds” proqramı yüklənməlidir.

Yeni funksiyanın nə vaxt işləyəcəyi məlum deyil. Süni intellektin hansı dilləri dəstəkləməsi haqqında da məlumat verilməyib. Güman edilir ki, proqram başlanğıcda ingilis, ispan, fransız, italyan, Çin, Yapon və Koreya dillərini dəstəkləyəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İKT