Çin: Qərb Ukraynaya yardımı dayandırmalıdır

post-img

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun Qərb ölkələrini Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. 

“Newsweek” xəbər verir ki, diplomatın fikrincə, Qərbin silah tədarükü dünya birliyinin münaqişənin həlli istiqamətində diplomatik səylərinə zərbə vurur.

“Bəzi ölkələr atəşə yağ tökməkdən və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməkdən əl çəkməlidir. Bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəyə atılması hesabına əldə etmək və regional təhlükəsizliyi gücləndirməklə təmin etmək olmaz”, - deyə nümayəndə vurğulayıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya