Apple iPhone-u qorumaq üçün yeni üsullar yaradacaq

post-img

Apple istifadəçilərin şəxsi məlumatlarını qorumaq üçün yeni üsulları patentləşdirib. “Lenta.ru” xəbər verib ki, bu məqsədlə şirkət iki patenti diqqətdə saxlayıb. 

Birinci patentə görə, Apple smartfon ekranının künclərini qaraldan xüsusi parametr yaratmağı düşünür. Bu halda, digər istifadəçilər cihazın ekranındakı məlumatlara casusluq edə bilməyəcəklər: beləliklə, parolları oğurlamaq çətinləşəcək.

İkinci patentə əsasən, oxşar texnologiya Mac kompüter ekranları üçün də tətbiq oluna bilər. Sənəddə göstərilir ki, istifadəçi zərurət yaranarsa, ekranda göstərilən məlumatın oxunmasını çətinləşdirə bilər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İKT