ABŞ-ın çip istehsalı 3-cü rübdə rekord həddə çatıb

post-img

ABŞ-da yerləşən çip istehsalı nəhəngi Nvidia oktyabrın 29-da başa çatan rübdə 18,12 milyard dollarlıq rekord gəlir əldə edib.

XQ xarici mediaya istinadən xəbər verir ki, Nvidia-nın gəliri üçüncü rübdə şirkətlərin süni intellekt (AI) tapşırıqları üçün vacib olan avadanlıqlara artan tələb səbəbindən rekord səviyyəyə çatıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 206%, əvvəlki rüblə müqayisədə isə 34% çoxdur.

Qeyd edək ki, şirkət, həmçinin 14,51 milyard ABŞ dolları məbləğində rekord gəlir əldə edib, bu da ikinci rüblə müqayisədə 41% və bir il əvvəllə müqayisədə 279% çoxdur. Oyun gəlirləri də bir il əvvəllə müqayisədə 81%, əvvəlki rüblə müqayisədə isə 15% artıb.

ABŞ hökumətinin ixrac üçün yeni lisenziya tələbi, dördüncü rübdə satışların azalacağına zəmin yaradır.

Təxmin edilən satışların azalması səbəbindən Nvidia, bir səhm üçün 499,44 dollar səviyyəsində müəyyənləşdirib. 

Ayşən AZADOVA
XQ

İKT