Süni intellekt insanları işsiz qoyur

post-img

Hindistanın e-ticarət startapı Dukaan şirkəti müştəri xidmətində çalışan əməkdaşları çatbotla əvəz edib.

Bu barədə CNN məlumat yayıb.

Şahın sözlərinə görə, insan operatorlarını əvəz edən çatbot Dukaan daxilində şirkət işçilərindən biri tərəfindən iki gün ərzində yaradılıb. Şirkət rəhbəri iddia edir ki, bot insanlardan dəfələrlə effektivdir.

Operator orta hesabla 1 dəqiqə 44 saniyə cavab hazırlayırsa, proqram dərhal cavab verir. Şah iddia edir ki, bot müştəri problemini həll etmək üçün orta vaxtı 98% azaldıb.

Dukaandakı ixtisarlar 2022-ci ilin sentyabrında baş verib - 23 nəfər işini itirib. Şah proseduru "çətin, lakin zəruri" adlandırdıb. Yeni təcrübə şirkətə müştəri xidməti xərclərini təxminən 85% azaltmağa imkan verib.

Şah əmindir ki, gələcəkdə robotlar insanları bütün növ işlərdən kənarlaşdırmayacaq. İş adamı hesab edir ki, iqtisadiyyat yeni reallıqlara uyğunlaşır, bu şəraitdə insanlar və süni intellekt hamının ən yaxşı etdiyi işi görəcək.

S.ELAY,

"Xalq qəzeti"

İKT