6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər. Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medala sahib olublar.
Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.
Qabil YUSİFOĞLU
XQ



.jpeg)
.jpeg)
.jpeg)