Mayın 5-də Gürcüstanın Kutaisi şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.
XQ xəbər verir ki, 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamız U-19 oğlanların turnirində 24, qızların mübarizəsində 3 boksçu ilə təmsil olunacaq.
Yarışda ölkəmizi Asif Məmmədov hakim kimi təmsil edəcək.

